hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Lerikdən yasdan qayıdırdılar, Biləsuvarda qəzaya düşdülər

Lerikdən yasdan qayıdırdılar, Biləsuvarda qəzaya düşdülər

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 81-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Bakı şəhəri, Binə qəsəbə sakini, 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi VAZ-2105 markalı avtomaşının aşması nəticəsində sərnişinlərdən biri, sürücünün əmisi 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sürücü və 62 yaşlı digər əmisi Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Minik maşınının yüksək sürətlə idarə olunduğundan çevrilərək yoldan 50-60 metr kənara düşdüyü deyilir.

Qəzaya uğrayan ailənin Lerik rayonundan yas yerindən qayıtdıqları deyilir.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 397