hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Levon Aronyan Ermənistanı tərk edib

Levon Aronyan Ermənistanı tərk edib

Beynəlxalq qrossmeyster Levon Aronyan Ermənistanı tərk etməyə qərar verib.

Şahmatçı bununla bağlı paylaşım edib.

O bildirib ki, ölkə rəhbərliyi verilən vədlərə əməl etmədiyindən belə addım atıb: “Ötən il hamımız üçün ağır oldu: epidemiya, müharibə, mənim üçün şəxsi faciə və dövlətin erməni şahmatına biganəliyi. Hazırkı hakimiyyətin vədlərinə əməl etməsini bir ildən artıq gözlədim və başa düşdüm ki, çətin qərar qəbul edib ölkəni tərk etməliyəm. Aydın məsələdir ki, mənim idman karyeram baxımından dəyişikliklərsiz hər gözləmə ili boş vaxt itkisidir. Ailəm, xüsusilə də anam şahmatçı olmağım üçün çox qurbanlar verib. Mən bunu qiymətləndirirəm və öz şanslarımdan maksimum yararlanmalıyam. Səmimi qəlblə fəxr edirəm ki, Ermənistan şahmatının nailiyyətlərinə öz töhfəmi vermişəm: üç olimpiya medalı, dünya və Avropa çempionatının qızılı, iki dünya kuboku və bir sıra şəxsi və komanda qələbələri”.

Levon digər ölkələrdən təkliflərin olduğunu da gizlətməyib: “Mənə dedilər ki, ekspertlər Levon Aronyanın artıq potensialı olmadığını hesab edir. İllər ərzində mənə müxtəlif ölkələrdən, o cümlədən amerikalı şahmat mesenatı Reks Sinkfilddən təkliflər gəlib. Həmişə imtinamı onunla əsaslandırırdım ki, maddi dəyərlər şahmatçıya Ermənistanda olan hörmətlə müqayisə oluna bilməz. Əminəm ki, vaxt gələcək Ermənistanda şahmatın statusu qayıdacaq. Şahmat məktəblərinin bağlanması əvəzinə ona hörmət görəcəyik. Amma inandırım ki, vətənimə bağlıyam və gələcəkdə də ölkəm üçün mümkün olan və olmayan hər şeyi edəcəyəm”. (Apasport.az)

Cebhe.info


Oxunma sayı: 617