hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Litvalı siyasətçi casusluqda günahlandırıldı

Litvalı siyasətçi casusluqda günahlandırıldı

Şyaulyay Rayon Məhkəməsi Rayon Məhkəməsi siyasətçi və Litva Sosialist Xalq Cəbhəsinin lideri Alqirdas Palyatskisi Rusiyanın xeyrinə işlədiyinə görə casusluqda günahkar hesab edərək 6 il həbs cəzasına məhkum edib.

Cebhe.info xəbər verir ki, bu barədə “BNS” məlumat yayıb.

Prokurorluğun verdiyi məlumata görə, təqsirləndirilən şəxs 2017-ci ilin fevralından 2018-ci ilin oktyabrına qədər pul mükafatı müqabilində xüsusi xidmət orqanları üçün məlumat toplayaraq Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edib.

Alqirdas Palyatskis casusluqda ittiham edilərək 2018-ci ilin oktyabrında həbs edilib.

Siyasətçi özü bu işi "siyasi motivli" hesab edir. Qeyd edək ki, bir müddət əvvəl Albaniyada iki Rusiya vətəndaşının casusluqda şübhəli bilinərək saxlanıldığı bildirilmişdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz növbəsində nazirliyin Rusiya vətəndaşlarına hüquqlarını qorumaq üçün kömək edəcəyini söyləmişdi.

Sevinc Tapdıqqızı

Cebhe.info


Oxunma sayı: 496