hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Livan ermənilərinə vətəndaşlıq bu qaydada veriləcək

Livan ermənilərinə vətəndaşlıq bu qaydada veriləcək

Ermənistan polisi Livandan gələn repatriantlara pasport verilməsi qaydalarına aydnlıq gətirilib.

Cebhe.info-nun məlumatına görə, Ermənistan Polisinin mətbuat xidməti bildirib ki, milliyyətcə erməni olan şəxslər sadələşdirilmiş prosedura əsasən Ermənistan vətəndaşlığı ala bilər.

Belə ki, Livan miqrantlarına son 3 ildə respublika ərazisində qanuni əsaslarla yaşamayan, konstitusiya ilə bağlı test sınağından keçmədən və erməni dilini bilmə tələblərini yerinə yetirmədən vətəndaşlıq hüququ veriləcək. Erməni milliyyətinə mənsub olanlar vətəndaşlıq almaq üçün pasport-viza idarəsinə, Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə müraciət etməli, müəyyən edilmiş ərizə formasını doldurmalı, doğum haqqında şəhadətnamənin notariat qaydasında tərcüməsi, 6 rəngli fotoşəkil, 1000 dram (təqribən 2 dollar) məbləğində dövlət rüsumu ödəməsi haqqında qəbz, həmçinin vətəndaş erməni dilini bilmirsə milliyyəti təsdiq edən sənədi təqdim etməlidir. Eyni zamanda, Livanda alınan sürücülük vəsiqəsi Ermənistanda etibarsız olunur.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 683