hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Lukaşenko: "ABŞ və Çin arasında dünyanı yenidən qurmaq davası gedir"

Lukaşenko: "ABŞ və Çin arasında dünyanı yenidən qurmaq davası gedir"

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Minsk bölgəsinin nümayəndələri ilə görüş zamanı ABŞ və Çin arasındakı ticarət müharibəsini şərh edərək, baş verənləri "dünyanın yenidən qurulması" adlandırıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Belarus 1" telekanalı məlumat yayıb.

"Hazırda dünyanın yenidən qurulması uğrunda çox ciddi mübarizə gedir. Dünyanın siyasi xəritəsində inhisarçı ABŞ-a meydan oxuyan güclü bir dövlət - Çin Xalq Respublikası - peyda olub... Onlar ... kosmosa çıxıblar, ən müasir silahları mənimsəyiblər. Çin iqtisadiyyatı ixraca görə dünyada birinci, istehsala görə isə ABŞ-dan sonra ikincidir. Əlbəttə, bu, amerikalıları narahat edir, onlar təşvişə düşüblər. İnhisarı əldən vermək nə deməkdir? Bu kasıblaşmaq deməkdir", - deyə Belarus lideri əminliklə iddia edib.

Cebhe.info


Oxunma sayı: 1079