hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Lukaşenko andiçmə mərasimi keçirdi - GİZLİ

Lukaşenko andiçmə mərasimi keçirdi - GİZLİ

Avqustun 9-da keçirilən seçkinin nəticəsinə görə, prezident elan olunan Aleksandr Lukaşenko bu gün gizli inauqurasiya mərasimi keçirib.

Cebhe.info xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat verib.

Məlumata görə, Lukaşenko 6-cı dəfə vəzifəsinin icrasına gizli başlamaq niyyətindədir. Buna səbəb ölkədəki etiraz aksiyalarıdır.

Andiçmə mərasimi Minskdəki "Müstəqillik sarayı"nda keçirilib. Son ana qədər tarix gizli saxlanılıb və beləliklə, etirazçıların binanın qarşısına toplaşmasının qarşısı alınıb. Bütün ehtimallar nəzərə alınaraq, "Müstəqillik sarayı" qarşısına polis və hərbi texnika cəlb olunub.

Lukaşenko sağ əlini Konstitusiyaya qoyaraq Belarus dilində and içib və andiçmə aktını imzalayıb. Bundan sonra Belarus Seçki və Respublika Referendumlarının Keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina A.Lukaşenkoya Belarus Prezidentinin sertifikatını təqdim edib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2641

Bizim Telegram səhifəmizi izləyin