hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Lukaşenko Moskvada parada getməməsindən danışdı:“Çağırsalar da getməzdim”

Lukaşenko Moskvada parada getməməsindən danışdı:“Çağırsalar da getməzdim”

“Əgər məni çağırsaydılar belə, 9 mayda Moskvadakı parada gedə bilməzdim. Çünki o zaman Minskdəki paradda iştirak etməzdim. Bu da Belarus sakinlərində çoxlu suallar yaradardı". Cebhe.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko 9 mayda Moksvadakı parada dəvət almamasıyla bağlı suala cavabında deyib. Bildirib ki, 9 may-Qələbə günü onun ölkəsində əlamətdar bayramdır: “Belarus müqəddəs torpaqdır, burada tez-tez MDB liderləri də, digər ölkələrin başçıları da toplaşmalıdırlar".

Xatırladaq ki, Lukaşenkonun parada dəvət almadığı xəbəri yayıldıqdan sonra Kreml buna aydınlıq gətirib. Mətbuat katibi Dmitri Peskov bildirib ki, 2019-cu il qələbənin yubileyi deyil. Buna görə də kiməsə xüsusi dəvət göndərilməyib. Əsas bayram 2020-ci ilə planlaşdırılır. Gələn il faşizm üzərində qələbənin 75 ili qeyd olunacaq.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2564