hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Lukaşenko nəvələrini məktəbə göndərmir: Xaricə yollayacaq?

Lukaşenko nəvələrini məktəbə göndərmir: Xaricə yollayacaq?

Belarus Prezidenti Aleksandr Lukaşenkonun nəvələri təhsil aldıqları liseydən sənədlərini geri götürüb.

Cebhe.info xəbər verir ki, Minsk liseylərindən birində bir həftə dərsə getdikdən sonra Anastasiya və Dayra Lukaşenkonun sənədləri valideynləri tərəfindən alınıb. Bu barədə Tut.by yazıb.

Məlumata görə, bacıların liseydən çıxarılması səbəbi hələlik ailə tərəfindən açıqlanmayıb.

Onların təhsilini harada davam etdirəcəyi də bəlli deyil. Bəzi mənbələr Lukaşenkonun nəvələrini təhlükəsizlik tədbiri çərçivəsində xarici ölkəyə göndərəcəyini iddia edir.

Xatırladaq ki, ölkədə 9 avqustdan etibarən kütləvi etiraz aksiyaları keçirilir. Aksiyaçılar Lukaşenkonun növbəti dəfə ölkəyə rəhbərliyinə qarşı çıxırlar.

Xəzər
Cebhe.info


Oxunma sayı: 815