hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Lukaşenkodan koronavirusla mübarizə üçün qeyri-adi RESEPT

Lukaşenkodan koronavirusla mübarizə üçün qeyri-adi RESEPT

Belarus Prezidenti Aleksandr Lukaşenko Vitebsk vilayətinin qubernatoru Nikolay Şerstnevin koronavirusdan sağalmağına kömək edən üsuldan danışıb.

Bu barədə Unikal.org Belarus mediasına istinadən yazır.

“Nikolaydan necə mübarizə apardığını soruşmuşam. O dedi ki, dəryazı götürüb, ot çalmağa gedirdi. Hər səhər bu fiziki hərəkətləri edib və çox sürətlə sağalıb”, - deyə Lukaşenko bildirib.

Belarus Prezidentinin sözlərinə əsasən, bu, onun daha əvvəl dediyi “traktor hamını sağaldacaq” nəzəriyyəsini təsdiqləyir.

“Əkin kampaniyasıını qəti saxlamaq olmazdı. Əks təqdirdə hazırda aclıq çəkərdik, yığmağa heç nə olmazdı. Özü də yaxşı ildir”, - deyə Prezident qeyd edib.

Cebhe.info


Oxunma sayı: 1244