hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

LUKOIL "Şahdəniz- 2" layihəsi üçün kreditdən niyə imtina etdi?

LUKOIL "Şahdəniz- 2" layihəsi üçün kreditdən niyə imtina etdi?

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində "LUKOIL Overseas Shah Deniz Ltd" üçün kredit verilməsi prosesinin dayandırılmasının səbəbini açıqlayıb.

AYİB-dən bildiriblər ki, müqavilə hazırlanan vaxt karbohidrogenlərin qiymətləri bu günə nisbətən aşağı idi:

"Daha sonra qiymətlər artdı və nəticədə LUKOIL şirkəti layihəni daxili vəsaiti hesabına maliyyələşdirə biləcəyi və xarici borclara ehtiyac olmadığı qənaətinə gəldi. Nəticədə AYİB-in kredit verilməsi layihəsi ləğv edildi".

Qeyd edək ki, 2017-ci ildə AYİB-in İdarə Heyəti Azərbaycanın iri qaz-kondensat yatağı olan "Şahdəniz"in işlənməsinin ikinci mərhələsində "LUKOIL Overseas Shah Deniz Ltd"nin payının maliyyələşməsinin genişləndirilməsi məqsədilə 100 milyon dollara qədər kreditin ayrılmasını təqdir edib.

Kredit vəsaitləri iki qaz dəniz platformasının tikintisi, 26 sualtı quyunun qazılması, 500 kilometr uzunluğunda sualtı boru çəkilişinə və Səngəçal terminalının genişləndirilməsinə yönəldilməli idi.

Xatırladaq ki, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir.

Cebhe.info


Oxunma sayı: 261