hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Lüksemburqda Gəncə terroruna ETİRAZ - Küçələrə sahibsiz ayaqqabılar düzüldü

Lüksemburqda Gəncə terroruna ETİRAZ - Küçələrə sahibsiz ayaqqabılar düzüldü

Lüksemburqda yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən “Place d'Armes” meydanında icazəli aksiya keçirib.

Bu barədə Cebhe.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər.

Lüksemburqdakı azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Aksiyada Gəncə terrorunun qurbanlarını anmaq məqsədi ilə meydana rəmzi olaraq sahibsiz ayaqqabılar düzülüb, şəhər sakinlərinə Dağlıq Qarabağla bağlı buklet və lifletlər paylanıb.

Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Gəncə cəbhə bölgəsi deyil”, “Uşaq ölümünə son qoyun”, “Erməni terrorçuluğuna son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1200

Bizim Telegram səhifəmizi izləyin