hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Mübariz Mənsimov “Rəsulzadə”nin qəzasından yazdı: “Bizim gəmimizi kimsə batıra bilməz” - FOTOLAR

Mübariz Mənsimov “Rəsulzadə”nin qəzasından yazdı: “Bizim gəmimizi kimsə batıra bilməz” - FOTOLAR

“Bir neçə saat öncə “Mammad Amin Resulzade” adlı gəmimiz ilə Liberiya bayraqlı “Doric Warrior” gəmisi ilə çarpışdı. Daha doğrusu, gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vuruldu. Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur”. 

Cebhe.info xəbər verir ki, bunu azərbaycanlı iş adamı Mübarizə Məsimov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qəza anı ilə eyni dəqiqələrdə Türkiyə və Azərbaycanda mediada xəbərlər yayılıb: “Bu xəbəri anında kim yaydı? Gəmiyə durduğu yerdə çarpmaq bir cinayətdir! Sonuna qədər araşdıracağıq. Bu xəbəri sevincək verənlər Azərbaycan xainidir, sizin də sonunuz gələcək. Sonunda onu deyim ki, “Rəsulzadə” gəmisinə çarpan gəmi ondan on dəfə böyükdür. Ancaq buna rəğmən, gəmimiz batmadı. Bizim gəmimizi kimsə batıra bilməz. Hələ də anlamadınız. Siz bu xəyallarınızda boğulacaqsınız. Biz sizin sonunuzu görəcəyik, siz bizim deyil”. 

Cebhe.info


Oxunma sayı: 2080