hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Mübariz Məsimov Fuad Abbasovun müdafiəsinə qalxdı: “Hanı Rusiyadakı iş adamları, yerin dibinə giriblər?”

Mübariz Məsimov Fuad Abbasovun müdafiəsinə qalxdı: “Hanı Rusiyadakı iş adamları, yerin dibinə giriblər?”

Türkiyədə yaşayan azərbaycanlı iş adamıMübariz Məsimov Rusiyada döyülərək deportasiya ediləcək Fuad Abbasovun müdafiəsinə qalxıb.

Cebhe.info xəbər verir ki, M.Məsimov məlumatı dünən aldığını deyib:

“Dünən aldığım xəbər məni dəhşətə saldı. Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdırə! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunubə Adam öldürübə Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudurə! Nə edib axıə! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıqə! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, orada Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı”.

M.Məsimov Rusiyadakı iş adamlarından narazılığını dilə gətirib:

“Onlara nə olubə Haradadırlarə Kordularə Yerin dibinə giriblərə! Niyə belə oğullara sahib çıxmırlarə! Diaspor deyirlər, hanı o diasporə Niyə Azərbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyibə Niyə vətəndaşına sahib çıxmırə Millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir. Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də, ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu, necə bir həbsdirə Kim bunu sifariş veribə Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi! Niyə susuruqə Niyə susursunuzə

Mən buradan açıq şəkildə bəyan edirəm: Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!”

Cebhe.info


Oxunma sayı: 38160