hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Müdir Azərbaycandan işçilərinə qarpız hədiyyə apardı

Müdir Azərbaycandan işçilərinə qarpız hədiyyə apardı

Belarus mətbuatında müxtəlif şirkətlərin öz işçilərinə və müştərilərinə verdiyi qeyri-adi hədiyyələrlə bağlı araşdırma aparılıb.

Məlum olub ki, çalışanların ruh yüksəkliyini və iş qabiliyyətini artırmaq üçün şirkətlər bişmiş yumurtadan tutmuş helikopter gəzintisinə qədər ən müxtəlif vasitələrə əl atırlar.

“Lamoda” şirkətinin marketinq və PR mütəxəssisi Tatyana deyir ki, çalışdığı şirkət ötən il fevralın 23-də işçilərə kolbasa və donuz piyindən ibarət buket hədiyyə edib. Kolbasa buketinə həmçinin iri şüşədə pivə də daxil edilib: “Təxminən bir həftədən çox bu qidalardan istifadə edən həmkarların sonda qalıqları ofisə gətirdilər. Uzun müddət ofisdən hisə verilmiş kolbasa qoxusu getmədi”.

“Honor” brendinin Belarus təmsilçisi Svetlana Yurçenko isə deyir ki, çalışdıqları şirkətin çinli rəhbəri işçilərə tez-tez bişmiş yumurta və ya qoz-fındıq paylayır. O, yumurtanı tərkibindəki proteinə görə faydalı hesab edir və işçilərinin sağlamlıqlarının qayğısına qalır. S. Yurçeviç deyir ki, rəhbərlərinin hədiyyələri həmişə onların üzündə təbəssüm yaradır.

“Şirkətimizdə belə bir ənənə də var, əgər işçilərdən kimsə xarici ölkəyə ezamiyyətə gedirsə, həmin ölkəyə məxsus bir hədiyyə gətirməlidir. Bizim şöbə müdirimiz bir dəfə Azərbaycana getmişdi. Geri dönəndə bizə qarpız gətirmişdi. Gülməli isə orası idi ki, o, qarpızı təyyarədə özü ilə gətirmişdi...”, - S. Yurçenko deyir.

“Red Graphic” şirkətinin əməkdaşları isə şirkətin yeni il ərəfəsində onlara mandarin hədiyyə etdiyini deyirlər. Şirkətdə təxminən 15 kiloqram həcmində mandarin alınıb, onların üzərinə QR kod yerləşdirilib. Telefonun müvafiq kamerasını bu koda yaxınlaşdırmaqla telefonda işlə bağlı proqnozlar səhifəsi açılmış olur və işçilər lazımi proqnozları buradan götürə bilirlər. Lakin mandarinlər hazır olana qədər işçilərin əksəriyyəti tətilə çıxıb. Nəticədə mandarinlərin çoxu büzüşərək funksiyasını itirib.

Başqa bir şirkətin əməkdaşı Kirill Skorınin isə deyir ki, ona işdən ad günü hədiyyəsi kimi helikopter gəzintisi bileti hədiyyə ediblər. Lakin ad günü qış fəslinə düşdüyündən, o, bunun üçün daha münasib hava şəraiti gözləyib. Hava düzələndə isə, artıq hədiyyənin vaxtı keçmiş olub.

Cebhe.info


Oxunma sayı: 661