t Müəllim, şagird və tələbələrə telefon qadağası: CƏRİMƏLƏR GƏLİR
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Müəllim, şagird və tələbələrə telefon qadağası: CƏRİMƏLƏR GƏLİR

Müəllim, şagird və tələbələrə telefon qadağası: CƏRİMƏLƏR GƏLİR

Türkmənistan məktəblərində və ali təhsil müəssisələrində mobil telefondan istifadəyə qadağa qoyulub. 

Cebhe.info xəbər verir ki, bu barədə  “Turkmen.News" xəbər yayıb.

Qadağa təkcə şagird və tələbələrə yox, müəllimlərə də şamil olunacaq. İlk dəfə qadağanı pozmağa görə şagird və ya müəllim xəbərdarlıq alacaq. Növbəti dəfə isə həm tələbə, həm də müəllim azad ediləcək. Bu qayda hələlik ancaq Aşqabaddakı  Beynəlxalq Humanitar Elmlər Universitetində tətbiq olunur. Digər universitetlərdə isə cərimə tətbiqi nəzərdə tutulur. Aşqabad və Marı vilayətindəki mənbələr xəbəri təsdiqləyib. Artıq qadağalarla bağlı təhsil müəssisələrinin kollektivi xəbərdar edilib.

Bəzi məktəblərdə valideynlər yazılı öhdəlik götürərək uşaqlara mobil telefon verməyəcəklərini bildiriblər. Qadağa pozulacağı təqdirdə sinif rəhbərləri işdən azad ediləcək. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1035