hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Müharibə başlayır: Vaşinqtondan İrana GİZLİ MESAJ

Müharibə başlayır: Vaşinqtondan İrana GİZLİ MESAJ

ABŞ İranı gözlənilən hərbi əməliyyat barədə xəbərdar edib. 

Cebhe.info Fars agentliyinə istinadən bildirir ki, Vaşinqton bu mesajı Tehrana diplomatik kanallar vasitəsilə çatdırıb. 

Məlumatda hərbi əməliyyatların məhdud dairədə keçiriləcəyi bildirilib. Bu müharibə tammiqyaslı müharibədən müddəti və qarşıya qoyulan lokal vəzifələrin icrasıyla fərqlənir.

İran isə buna cavab olaraq istənilən hərbi əməliyyatın müharibə elanı kimi qəbul ediləcəyini deyib. ABŞ-ın mesajına cavabı briqada generalı Qulam Rza Cəlali verib. 

General bildirib ki, bu, 20 iyunda İranın ABŞ-a məxsus pilotsuz aparatı vurmasından sonra olub. 

Məhz bu insidentdən sonra ABŞ prezidenti Donad Tramp İrana qarşı müharibəyə başlamaq əmri verib. Ancaq 10 dəqiqə sonra əmrini geri götürüb. Buna səbəb prezidentn əməliyyatda azı 150 nəfərin öləcəyinə dair xəbər alması olub. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 5754