hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Müharibə onunla başlayır: Hərb tarixinin ən səs-küylü əməliyyatları - Bakının neft yataqlarına doğru “gül kimi” plan...

Müharibə onunla başlayır: Hərb tarixinin ən səs-küylü əməliyyatları - Bakının neft yataqlarına doğru “gül kimi” plan...

Türkiyənin 9 oktyabrda Suriyada PKK terrorçularına qarşı başlatdığı əməliyyatın özü qədər adı da müzakirə mövzusu olub - Barış pınarı”, yaxud “Sülh çeşməsi”. 

Dünya hərb tarixinə damğa vuran böyük müharibələrdən tutmuş lokal əməliyyatlara qədər demək olar ki, hamısının adı var. Bu, həm də əməliyyat planının məğzini açmaqla bərabər, uğurunu təmin etmək üçün simvol hesab olunur. 

Cebhe.info dünyada adları ilə maraq doğuran hərbi əməliyyatları təqdim edir.

“Edelveys” əməliyyatı - Bu, Üçüncü Reyxin (Hitler Almaniyası) Qafqazı  ələ keçirmək üçün keçirdiyi əməliyyatdır. Avropanın məşhur dağ güllərindən olan edelveysin şərəfinə belə adlandırılıb. Əməliyyatda əsas məqsəd Qafqaz və Azərbaycanın Bakıda yerləşən neft yataqları üzərində nəzarəti ələ keçirmək idi. Əməliyyat planı 1942-ci il iyulun 23-də Adolf Hitler tərəfindən təsdiqlənib. Başlanğıc nöqtəsi  1942-ci il avqustun 10-a təyin olunub. Avqustun 21-də isə nasist bayrağı Qafqazın ən uca nöqtəsi olan Elbrus zirvəsində asılmalı idi.

“Barbarossa” əməliyyatı -  İkinci Dünya Müharibəsində  Almaniyanın SSRİ-yə qarşı apardığı ildırımsürətli müharibə planı idi. Plan 1940-cı ildə iyulun 21-də hazırlanıb və dekabrın 18-də isə Adolf Hitler tərəfindən təsdiqlənib. Planda  SSRİ-nin Avropa hissəsini 3 ay müddətinə ələ keçirmək nəzərdə tutulurdu. Əməliyyata 1941-ci il iyunun 22-də başlanılıb, 60 000 texnika və 750 000 at cəlb olunub. Tarixdə ən böyük hücum əməliyyatı hesab edilir. Əməliyyat almanların məğlubiyyəti ilə başa çatıb.


“Ayaks” əməliyyatı- Məqsəd İranda Məhəmməd Mussəddiqi devirib Məhəmməd Rza şah Pəhləvini hakimiyyətə gətirmək idi. 1953-cü ildə keçirilib. Əməliyyat Amerika və Böyük Britaniya tərəfindən hazırlanıb və CİA  tərəfindən həyata keçirilib.

“Berlin” Strateji Hücum Əməliyyatı –SSRİ-nin  İkinci Dünya Müharibəsinin sonunda təşkil etdiyi ümumi hücumlardan biri idi. Bu əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmaqla yanaşı, Almaniyanın şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya Müharibəsinin sonuncu hücumu kimi qəbul edilir.

“Pike” əməliyyatı –1939-41-ci illəri əhatə edir. Britaniya Hərbi Hava Qüvvələrinin komandanı Con Slessorun hazırladığı bombardman planı idi. Britaniya və Fransa komandanlıqları bu əməliyyatla SSRİ-nin neft sənayesini sıradan çıxarmaq, Hitleri neftsiz qoymaq istəyirdi.

“Günnüt” əməliyyatı-  2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında həyata keçirilib. Döyüşlər nəticəsində 11 min hektarlıq ərazi erməni işğalından azad olunub.

“Horadiz” əməliyyatı - 1993-cü ildə dekabr ayında başlayıb və  1994-cü il 6 yanvara qədər davam edib. Nəticədə Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ermənilərədn azad olunub və yenidən Azərbaycanın nəzarətinə keçib.

 “Ağdərə” əməliyyatı (Goranboy əməliyyatı) — 1992-ci ilin iyunun 12-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilib. Əməliyyatın məqsədi Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olub. Əməliyyat 1993-cü ilin martında başa çatıb.

“Daşaltı” əməliyyatı - 1992-ci il yanvarın 25-də  axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Əməliyyat Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə Azərbaycan tərəfindən keçirilib.

“Başkənd” əməliyyatı- 1992-ci ildə keçirilib, həmin ilin ən uğurlu əməliyyatı hesab olunur. 1992-ci il avqustun 9-da Azərbaycan ordusu Gədəbəy rayonunun Başkənd qəsəbəsinin erməni silahlı qüvvələrindən təmizləyib.

“Zeytun budağı” əməliyyatı- 2018-ci il yanvarın 19-u başlayıb, martın 24-ü isə başa çatıb. Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən  Afrin bölgəsinə doğru başladılmış hərəkatdır. Türkiyə və Azad Suriya Ordusunun əməliyyatdakı əsas məqsədi PYD, YPG və PKK terrorçularına qarşı mübarizə olub.  

“Fərat qalxanı” əməliyyatı-2016-cı il avqustun 24-ü başlayıb, 2017-ci il martın 29-u başa çatıb. Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və türkmən hərbi birləşmələrinin  hərbi əməliyyatıdır.

"Səhrada tufan" əməliyyatı- 1991-ci il yanvarın 17-də  keçirilib. Küveytin İraq işğalından azad edilməsi adı altıda ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən təşkil olunub.

“Pəncə-1” əməliyyatı- 2019-cu il  mayın 27-də İraqın şimalında, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə keçirilib. 

“Pəncə-2” əməliyyatı-2019-cu il  iyulun 12-də yerli vaxtla saat 22:00-da İraqın şimalında Türkiyə tərəfindən başladılan antiterror əməliyyatıdır.

“Barış pınarı” əməliyyatı-2019-cu il oktyabrın 9-u Türkiyə ordusu tərəfindən Suriyada PKK/YPG/PYD terrorçularına qarşı başladılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə vətəndaşlar tərəfindən Azərbaycanın işğal olunmuş Qarabağda başladacağı əməliyyata “Cıdır düzü” kod adının verilməsi təklifi səsləndirilir.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 13520