hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Müharibəyə daha bir addım: ABŞ qoşun göndərir

Müharibəyə daha bir addım: ABŞ qoşun göndərir

Səudiyyə Ərəbistanı ərazisində ABŞ qoşunları yerləşdiriləcək.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, müvafiq qərarı Səudiyyə kralı artıq imzalayıb.

“Reuters” agentliyinin xəbərinə görə, ABŞ krallığa 500 hərbçi göndərəcək. Qoşunun göndərilməsində məqsəd regionda təhlükəsizliyin təmini və iki ölkə arasında münasibətlərin inkişafına dəstəkdir. Həmçinin qərarın qəbulunda ABŞ və İran arasındakı gərginlik rol oynayıb.

Səudiyyə kralının müvafiq əmrindən sonra ABŞ müdafiə naziri səlahiyyətlərini yerinə yetirən Riçard Spenser qoşunun yerləşdirilməsi qərarını imzalayıb.

Xatırladaq ki, hazırda İran və ABŞ arasında münasibələr gərgindir. Hər iki ölkə bir-birini müharibə ilə təhdid edir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3642