hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Müsavat seçkiyə 81 namizədlə gedir - QƏRAR

Müsavat seçkiyə 81 namizədlə gedir - QƏRAR

Müsavat Partiyası parlament seçkilərində iştirak üçün 78 seçki darəsi üzrə 81 namizədinin adını açıqlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

A.Hacılı siyahını elan edib. Partiya siyahısında sabiq başqan İsa Qəmbər, keçmiş deputatlar İkram İsrafil, Arzu Səmədbəyli, İsa Qəmbərin oğlu Turqut Qəmbər, Razim Əmiraslanlı və partiya funksionerlərinin adı var.

15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın başqanı Arif Hacılının, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın sabiq başqanı İsa Qəmbərin, 8 saylı Binəqədi birinci seçki dairəsindən sabiq millət vəkili Arzu Səmədbəylinin, 9 saylı Binəqədi ikinci seçki dairəsindən başqan müavini, vəkil Nemət Kərimlinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlının, 11 saylı Qaradağ seçki dairəsindən başqan müavini Səxavət Soltanlının namizədliyi irəli sürülüb.

Partiyanın  rayon və şəhərlər üzrə 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 56, 57, 58, 60, 61, 62, 67, 68, 71, 77, 80, 81, 82, 85, 86, 87, 88, 89, 91, 93, 94, 96, 97, 102, 107, 108, 111, 112, 115, 117, 119, 124, 125 saylı seçki dairələrindən namizədləri olacaq.

Müsavat namizəd irəli sürmədiyi dairələrdə olan digər namizədləri dəstəkləmək barədə qərar verə bilər. 

Cebhe.info


Oxunma sayı: 1519