hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Müsavatda Arif  Hacılının qərarına ETİRAZ: “Ümid edirəm mənə satqın damğası vurmayacaqsınız”

Müsavatda Arif  Hacılının qərarına ETİRAZ: “Ümid edirəm mənə satqın damğası vurmayacaqsınız”

Xəbər verdiyimiz kimi, Bakıda hakim Yeni Azərbaycan Partiyasının da iştirakı ilə siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə YAP-ı partiyanın sədr müavini - icra katibi Əli Əhmədov təmsil edib.  

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dəyirmi masaya qatılıb. 

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıb.

Arif Hacılının tədbirə qatılmamaq qərarına Müsavat Partiyasının Məclis üzvü, Gənclər Təşkilatının keçmiş sədri Səxavət Soltanlından etiraz gəlib.  

O, sosial şəbəkə hesabında “Ümid edirəm ki, bu yazdıqlarıma görə satqın damğası vurmayacaqsınız” ,-deyə yazaraq Müsavat Partiyasının bu tədbirə dəvət edildiyini, ancaq partiyanın bu müzakirələrə qatılmaqdan imtina etdiyini vurğulayıb:

“Bu kimi tədbirlərə dəvət edilib iştirak etməmək yüksək qiymətləndiriləsi davranışdır. Səmimi və dürüst olanlar üçün. Bununla yanaşı, məncə, iştirak etməməkdən də yüksək davranış göstərmək mümkün idi”.

S.Soltanlının fikrincə, Arif Hacılı həmin tədbirə qatılıb fikrini bildirə, mövcud problemləri sadalaya bilərdi:

“Ordakıların hamısına, düzəldilmiş sistemə bütövlükdə opponentlik etmək olardı. Bunu daha uğurlu gedişlərdən biri kimi düşünürəm. Təəssüf ki, cəmiyyət, başda Müsavat Partiyası olmaqla demokratik düşərgə buna hazır deyil. Günahkar əlbəttə hazırkı hakimiyyətdir”.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2102