hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Müsavatın qurultayı bir gün ertələnib - "Büllur" Eldar Əzizovun qərarı ilə razılaşdı

Müsavatın qurultayı bir gün ertələnib - "Büllur" Eldar Əzizovun qərarı ilə razılaşdı

"Müsavat Partiyasının qurultayı oktyabrın 12-də deyil, 13-də keçiriləcək".

Cebhe.info xəbər verir ki, bu məlumatı Müsavat Partiyasının başqanı Arif Hacılı namizədlərin debatında açıqlayıb.

O bildirib ki, bunun səbəbi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən  Müsavat Partiyasına qurultay üçün ayrılmış yerlə bağlı yaranmış vəziyyətlə bağlı olub: "Bakı İcra Hakimiyyətində bizə qurultay üçün yer ayrılmasına təkrar baxılıb. Bunun üçün tarix bir gün sonraya keçirilib. Beləliklə, oktyabrın 13-dən qurultayın yenidən Bakının Binəqədi rayonunda yerləşən "Büllur” şadlıq sarayında (keçmiş "İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib".

Xatırladaq ki, bundan əvvəl "Büllur"un rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyətinin qərarına etiraz edib. Şadlıq sarayı buranın gah mərasim evi, kafe kimi fəaliyyət göstərdiyini, gah da təmirə dayandırıldığını açıqlayıb.

Cebhe.info


Oxunma sayı: 727