hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Mütəllim Dəmirov Berlində keçirilən konsertdə çıxış edib - VİDEO

Mütəllim Dəmirov Berlində keçirilən konsertdə çıxış edib - VİDEO

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir. 

“Nəsimi 650” tədbirləri çərçivəsində növbəti konsert Almaniyanın Berlin şəhərində keçirilib.

Bu barədə məlumatı Cebhe.info-ya tanınmış xanəndə Mütəllim Dəmirov verib. 

Onun sözlərinə görə, konsert Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsi ilə ərsəyə gəlib. Konsertdə gənc bəstəkarların əsərləri ifa olunub. 

Firəngiz Əlizadənin “Dərviş” əsərini Teyyub Aslanov ifa edib.

Aydın
Cebhe.info


Oxunma sayı: 1651