hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Mütəxəssis “sosial ev” arzusunda olanları diqqətli olmağa çağırır

Mütəxəssis “sosial ev” arzusunda olanları diqqətli olmağa çağırır

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçiləri diqqətli olmağa çağırıb:

“Bir neçə gün öncə MİDA “Güzəştli mənzil” onlayn satış sistemində dəyişiklik etdiyini bildirib. Sistemdə təhlükəsizliyi gücləndirmək üçün CAPTCHA (kapça) əlavə edilib.

Bu, sistemdən istifadə edənin insan, yoxsa robot (proqram) olmasını müəyyən etmək üçün istifadə edilən bir testdir. Bu artıq o deməkdir ki, mənzil seçmək üçün istifadəçi əlavə simvolları da sistemə daxil etməli olacaq və bununla da tələb olunan proseduralar və zaman artacaq. Yəni əvvəl, mənzili 5-6 saniyəyə seçən vardısa, indi bunu etmək daha çox zaman alacaq.

Düşünürəm ki, MİDA istifadəçiləri yenilənmiş DEMO versiyada qabaqcadan bunu ciddi olaraq testdən keçirməlidirlər. MİDA artıq yenilənmiş DEMO versiyanı istifadəyə verib.

DEMO 15 oktyabr 2019-cu il tarixi saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar tez-tez yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək. Tövsiyə olunur ki, iddiaçılar bu DEMO versiyalardan mümkün qədər çox istifadə etsinlər”.

Mütəxəssis həmçinin tövsiyə edir ki, uduş şansını yüksəltmək üçün normal kompüter, keyfiyyətli internet və kompüterdə işləmək vərdişləri yetərli olmalıdır:

“DEMO-da qısa zaman kəsiyində seçim edə bilənlərin videolarına baxmaq da faydalı olardı. Yaxşı olar ki, DEMO-da seçim edənlər öz seçim proseslərinin videosunu çəkib digərlərilə müqayisə etsinlər”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1145