hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Müxalif lider: “Nazirin atası İŞİD-ə silah göndərib” –Serbiyada qalmaqal

Müxalif lider: “Nazirin atası İŞİD-ə silah göndərib” –Serbiyada qalmaqal

Serbiya Ticarət Nazirliyi Yəmənə, habelə sanksiya tətbiq edilən digər ölkələrə silah göndərmələri barədə iddiaları təkzib edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Xatırladaq ki, ötən gün müxalifətdəki Xalq Partiyasının lideri, sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının sabiq sədri Vuk Yeremiç “N1” televiziyasına müsahibəsində daxili işlər naziri Neboisa Stefanoviçin atası, “United BG” şirkətinin sahibi Branko Stefanoviçin “Krusik Holding” dövlət müdafiə sənayesi şirkətinin müəssisəsindən silahları Yəmənə İŞİD üçün göndərdiyinə dair məlumatı olduğunu açıqlamışdı.

Bu açıqlama Müdafiə Nazirliyi tərəfindən də təkzib edilib.

Silah ixracatına dair bütün məlumatların rəsmi saytlarında yerləşdirildiyini diqqətə çatdıran Ticarət Nazirliyi müştərinin onlardan satın aldığı silahları kimlərə ötürəcəyinə məsuliyyət daşımadıqlarını da vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 606