hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Müxalifət sabah Müsavatda toplaşır –Parlament seçkisi müzakirə olunacaq 

Müxalifət sabah Müsavatda toplaşır –Parlament seçkisi müzakirə olunacaq 

Dekabrın 3-də Müsavat Partiyasının qərargahında partiya rəhbərlərinin, ictimai təşkilat nümayəndələrinin, ekspertlərin və media rəhbərlərinin iştirakı ilə toplantı keçiriləcək.

Bu barədə Müsavat başqanı Arif Hacılı açıqlama verib. O bildirib ki, toplantıda növbədənkənar parlament seçkiləri ilə bağlı yaranmış situasiya, müxalifətin prosesdə iştirakı geniş müzakirə olunacaq.

Tədbirdə Müsavat Partiyası ilə yanaşı Milli Şura rəhbərliyinin, HƏP sədri Əli İnsanovun, AXP sədri Pənah Hüseynin və başqa şəxslərin, tanınmış ekspertlərin iştirakı gözlənilir. 

Müzakirələrin sonunda seçkilərin normal standarlara uyğun keçirilməsi ilə bağlı hakimiyyətə, cəmiyyətə və beynəlxalq birliyə müraciət ünvanlanacağı gözlənilir.

Cebhe.info


Oxunma sayı: 793