hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Müxalifət seçki qərarını açıqlayacaq: ZAMAN VERİLDİ

Müxalifət seçki qərarını açıqlayacaq: ZAMAN VERİLDİ

Xəbər verdiymiz kimi, bu gün Müsavat Partiyasının qərargahında növbədənkənar seçki ilə bağlı müxalifət nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib. 

Cebhe.info xəbər verir ki, müzakirədə Müsavatın sabiq başqanı İsa Qəmbər, başqan Arif Hacılı, ReAL sədrinin müavini Natiq Cəfərli, sabiq səhiyyə naziri Əli İnsanov, AXP sədri Pənah Hüseyn,  "Turan" İA-nın rəhbəri Mehman Əliyev və digərləri iştirak edib. Müzakirə ilə bağlı siyasi təşkilatlara ünvanlanan müraciətdə Milli Şura rəhbərliyi yer alsa da, təşkilatın rəsmi sədri Cəmil Həsənli və faktiki rəhbəri Əli Kərimli müzakirəyə qatılmayıb. Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd" təşkilatını Seymur Həzi təmsil edib.  Müzakirələrdə seçkidə iştirakın  tərəfdarları və əleydarları arqumentlərini səsləndirib.

Müzakirənin nəticəsi olaraq qərar alınıb ki, ümumən müxalifətin vahid qərarının qəbulu istiqamətində diskussiya davam etdiriləcək. Arif Hacılı bildirib ki, ya birlikdə seçkidə iştirak, ya da boykot qərarı qəbul olunması üçün müzakirələr həftənin sonuna kimi aparılacaq. 

Cebhe.info


Oxunma sayı: 1200