hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Maaş artımından sonra önəmli təklif: “Sosial sığorta haqları 35 manat olsun”

Maaş artımından sonra önəmli təklif: “Sosial sığorta haqları 35 manat olsun”

“Minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə iqtisadçı-ekspert Vüqar Bayramov çıxış edib. Onun sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var:

“Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişlər də çoxalır. Fiziki şəxslər minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu haqda əməkhaqq artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1288