hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Maduro Nyu-Yorka getmir: Yerinə 12 milyon imza göndərir

Maduro Nyu-Yorka getmir: Yerinə 12 milyon imza göndərir

Venesuela Prezidenti Nikolas Maduro BMT Baş Assambleyasının sessiyasına qatılmayacaq. 

Cebhe.info xəbər verir ki, onun yerinə Nyu-Yorka vitse-prezident Delsi Rodriqes gedəcək. Onu Xarici İşlər naziri Xorxe Arreas müşayiət edəcək.

Maduro bildirib ki, Rodriqes özü ilə 12 milyon venesuelalının müraciətini də Nyu-Yorka aparacaq. Müraciətdə Venesuela hakimiyyətinə qarşı sanksiyaların ləğvi tələb ediləcək.

Ölkə lideri bildirib ki, özü Venesuelada qalacaq və ölkənin təhlükəsizliyi, sakitliyi üçün işləyəcək. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 353