t Mafiya lideri olan qadın öldürüldü - VİDEO
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Mafiya lideri olan qadın öldürüldü - VİDEO

Mafiya lideri olan qadın öldürüldü - VİDEO

Meksikada "Jalisco Yeni Nəsil Karteli"nin öndə gedən qadınlarından "La Katrina" ləqəbli mafiya lideri Mariya Quadalupe Lopez Eskivelin öldürüldüyü açıqlanıb. 

Unikal.org xəbər verir ki, əməliyyat keçirən polis əməkdaşları ilə 21 yaşlı "La Katrina"nın dəstəsi arasında atışma olub. Atışmada dəstə başçısı qadın da iştirak edib.

İnsident zamanı silahlı 6 nəfərin saxlandığı, 1 qadının ağır yaralı vəziyyətdə xəstəxanaya aparıldığı və orada öldürüldüyü bəlli olub.  

Öldürülən qadının Quadalupe Lopez Eskivel olduğunu paylaşılan fotolardan sonra sosial şəbəkə istifadəçiləri iddia edib. 

Belə ki, dövlət orqanları qadının kimliyini açıqlamasa da, sosial şəbəkdəki görüntülərdə qadının qolundakı "Katrina" döyməsinin Eskivelinki ilə eyni olduğu ortaya çıxıb.  

Cebhe.info


Oxunma sayı: 1321