hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Magistraturaya qəbul imtahanı iki dəfə keçiriləcək – RƏY

Magistraturaya qəbul imtahanı iki dəfə keçiriləcək – RƏY

“Dövlət İmtahan Mərkəzi bu il magistraturaya qəbul imtahanını iki dəfə keçirməyi planlaşdırır. Bu yaxşı haldır”.

Cebhe.info xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib:

“Bakalavrlar pandemiya dövründə yaxşı hazırlaşa bilmədilər. Digər tərəfdən isə sonradan müsabiqə şərtlərini dəyişməkdənsə, imtahan iştirakçılarına əlavə şans verib nəticələrini daha da yaxşılaşdırılması imkanı vermək müsbət addımdır.

Digər tərəfdən isə imtahanların iki dəfə keçirilməsi müsabiqə şərtlərini ödəyən bakalavrların sayını artıracaq ki, bu həm plan yerlərinin daha çox sayda dolmasına, keçid ballarının yüksəlməsinə, rəqabət mühitinin yaxşılaşdırılmasına gətirib çıxaracaq”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 936

Bizim Telegram səhifəmizi izləyin