hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Mahir Emreli penaltini vura bilmədi

Mahir Emreli penaltini vura bilmədi

Polşa "Legiya"sının futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda qol şansını əldən verib.

Cebhe.info xəbər verir ki, 24 yaşlı hücumçu 25-ci dəqiqədə penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib.

Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Serbiyalı müdafiəçi bu qolla hesab arasındakı fərqi azaldıb - 1:3.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır.

Cebhe.info


Oxunma sayı: 2157