t Mahnısı ermənilər tərəfindən oğurlanan Tunar: “Agentlikdə qeydiyyatdadır, qoy onlar…”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Mahnısı ermənilər tərəfindən oğurlanan Tunar: “Agentlikdə qeydiyyatdadır, qoy onlar…”

Mahnısı ermənilər tərəfindən oğurlanan Tunar: “Agentlikdə qeydiyyatdadır, qoy onlar…”

Xəbər verildiyi kimi, erməni ifaçılar bu dəfə Xalq artisti Röya Ayxan və müğənni Tunar Rəhmanoğlunun “Həsrət nəğməsi” mahnısını oğurlayıblar. 

Sözləri Vüqara, musiqisi Rəşad Bağırova məxsus mahnını erməni müğənnilər Serine Hovhannisyan və Levon Zaqaryan ifa edib. Mahnı “YouTube” da “İmacir Sirel em” adı altında təqdim olunub. Sözlərin müəllifi kimi Artur Mesropyan qeyd edilsə də, musiqinin kimə məxsus olması yazılmayıb. 

Müğənni Tunar Rəhmanoğlu bu barədə Cebhe.info-ya açqlamasında bildirib ki, oğurlamaq ermənilərin köhnə adətidir: 

“O mahnı Azərbaycan Müəllif Hüquqları Agentliyində qeydiyyatdadır. Bu işlərlə Agentlik maraqlanmalıdır. Bəstəkar gedib bildirməlidir ki, belə bir vəziyyət yaranıb və onlar da "YouTube"da qadağa qoymalıdır. Mahnı 2006-cı ildə yazılıb və 2007-ci ildə isə səslənib”. Tunar Rəhmanoğlu əlavə edib ki, ermənilər ömür boyu hər şeyi Azərbaycandan oğurlayıb, öz adlarına çıxıblar: “Necə ki, 27 ildir ki, torpaqlarımızı da oğurlayıblar. Nə torpaqlarımızı, nə də oğurlanan digər sərvətlərimizi ala bilirik. Hesab edirəm ki, bununla ciddi məşğul olunmalıdır”. 

 Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1772