hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Makroiqtisadi göstəricilər: “İlin sonuna inflyasiya elan ediləndən yüksək olacaq”

Makroiqtisadi göstəricilər: “İlin sonuna inflyasiya elan ediləndən yüksək olacaq”

Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard may ayında 2 faiz artan istehlak qiymətlərinin ilin ikinci yarısında daha da artacağını proqnozlaşdırıb.

Ölkəmizdə isə 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-may aylarına nisbətən 4,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,4 faiz artıb.

Postpandemiya dönəmində inflyasiya gözləntisi necə olacaq?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirdi ki, cari il başladığından bəri istehlak bazarında qiymət artımı müşahidə olunur:

“Bu qiymət artımının da səbəbləri kifayət qədər məlumdur. Yanvarda benzinin, dizel yanacağının, fevralın 1-dən suyun qiyməti kəskin şəkildə artırıldı. Bu da istehlak bazarına öz təsirini göstərdi. Artıq fevral-mart ayından fasiləsiz olaraq qiymətlərin artmasını müşhidə etməyə başladıq. Bunun nəticəsidir ki, yanvar-may aylarının yekununa əsasən, ölkədə 4 faizdən yuxarı inflyasiya qeydə alınıb. Ancaq bundan qorxmağa, həyəcanlanmağa ehtiyac yoxdur. Çünki paralel olaraq ölkə iqtisadiyyatının inkişafında da pozitiv meyillər müşahidə edilməkdədir. İqtisadiyyatda da belə bir qanun var ki, əgər iqtisadi aktivlik varsa, artm meyili müşahidə edilirsə, istər-istəməz istehlak bazarında qiymətlərin yüksəlməsi müşahidə olunmalıdır.

Ancaq əsas vəzifə ondan ibarətdir ki, istehlak bazarındakı qiymət artımı nəzarətdən çıxmasın. Güman eləmirəm ki, ölkədə istehlak qiymətlərinin artım tempi nəzarətdən çıxsın. Çünki makroiqtisadi göstəricilər qənaətbəxş vəziyyətdədir. Həm də ölkədə həyata keçirilən istisadi siyasət imkan verir ki, əsas makroiqtisadi göstəricilər üzrə mövcud durumu nəzarətdə saxlamaq mümkün olsun.

Hökumət bu il üçün 2-4 faiz arasında inflyasiya proqnozlaşdırıb. Gedişat belə deməyə əsas veriir ki, əgər iqtisadi artım tempi, iqtisadi aktivlik bu səviyyədə inkişaf etməkdə davam edərsə yəqin ki, ilin sonuna Azərbaycanda inflyasiya elan ediləndən yüksək olacaq. Ancaq kritik səviyyədə, təhülkəli həddə sayılmayacaq”.

Nigar
Cebhe.info


Oxunma sayı: 1002