hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Makron Ermənistana gəlir: Bölgədə yeni düzən? 

Makron Ermənistana gəlir: Bölgədə yeni düzən? 

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri  Conatan Lakotanı və Fransanın İnkişaf Agentliyinin regional direktoru Hayel Asayaqı qəbul edib. 

Cebhe.info xəbər verir ki, Mqer Qriqoryan Fransa ilə əməkdaşlığın inkişafı və genişləndirilməsinin vacibliyini vurğulayıb. Ermənistan hökumətinin mətbuat xidməti bu barədə məlumat yayıb.  

Səfir isə Fransanın Ermənistanla münasibətləri ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirməyə hazır olduğunu deyib. Diplomat bildirib ki, Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda Ermənistana rəsmi səfər etmək istədiyini bəyan edib. Makronun bu səfərin  ikitərəfli proqramın müəyyənləşdirilməsinə və  gələcəkdə genişləndirilməsinə imkan verəcək. 

Fransa İnkişaf Agentliyinin regional ofisinin rəhbəri Ermənistanda proqramların həyata keçirilməsini, həmçinin təşkilatın islahatlara uyğun yeni proqramların hazırlanmasına hazır olduğunu bildirib. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3791