hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Makron hökuməti dəyişir: Nazirlər istefaya...

Makron hökuməti dəyişir: Nazirlər istefaya...

Fransada arası kəsilməyən etiraz aksiyaları hökuməti ciddi dəyişikliyə vadar edib.

Cebhe.info xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.

Nəşr bildirir ki, hökumətdə köklü dəyişiklik gözlənilir və tərkib tam yenilənəcək.

Qeyd olunur ki, genişmiqyaslı dəyişiklik bir sıra əsas qurumların rəhbərlərini-nazirləri əhatə edəcək. Həmçinin ölkənin daxili işlər naziri də kreslosu ilə vidalaşacaq. İstefaya göndəriləcək nazirlər arasında mədəniyyət, kənd təsərrüfatı nazirləri də olacaq. Prezidentin bir neçə müşaviri də vəzifəsini itirəcək.

Bu barədə rəsmi qərar yaxın zamanda elan olunacaq.

Makron öz postunda qala bilməsi üçün bir sıra kadrlarını qurban verəcək. O, Yelisey sarayının rəsmi sözçüsü, xüsusi müşaviri vəzifələrinə də yeni təyinatlar etməlidir. Bu potsların əvvəlki sahibləri bir müddət əvvəl öz arzuları ilə işdən ayrılıb. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 279