hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Makron atəşkəsi yaxından izləyəcək

Makron atəşkəsi yaxından izləyəcək

Fransa Prezidenti Emmanuel Makron Ermənistanla Azərbaycan arasında 17 oktyabr tarixində razılaşdırılan humanitar atəşkəsi yaxşı qarşıladığını bildirib.

Cebhe.info- nun məlumatına görə, o qeyd edib ki, Fransa tərəflərin humanitar atəşkəsə necə əməl edəcəyini yaxından izləyəcək.

"Hər iki tərəf qeyd- şərtsiz humanitar atəşkəsin qaydalarına əməl etməlidir. Fransa bu prosesi çox diqqətlə izləyəcək. Müharibənin tezliklə bitməsi və danışıqlar üçün mümkün olan hər şeyi edəcəyik",- o deyib.

E. Makron qeyd edib ki, Fransa son günlərdə ATƏT- in Minsk qrupunun Dağlıq Qarabağla əlaqədar aparılan müzakirələrində iştirak edib.

Qeyd edək ki, 10 oktyabrda Moskvada Azərbaycan və Ermənistan arasında razılaşdırılmış humanitar atəşkəs rəsmi İrəvan tərəfindən elə həmin gün pozulub. Yenidən 17 oktyabrda tərəflər arasında humanitar atəşkəs razılaşması olub.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2223

Bizim Telegram səhifəmizi izləyin