hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Makronu silləyənlərin evindən silah və Hitlerin kitabı çıxdı

Makronu silləyənlərin evindən silah və Hitlerin kitabı çıxdı

Fransa Prezidenti Emmanuel Makronu kütlə arasında sillələnməsinə görə saxlanılan şəxsdən qadağan olunmuş kitab tapılıb. Cebhe.info xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb. Bildirilib ki, Makronu sillələyən Damen Tarellə birlikdə Artur S. adlı şəxs də saxlanılıb.

Onun evinə baxış zamanı silah və Adolf Hitlerin "Mənim mübarizəm" proqram kitabı tapılıb. Təfərrüat barədə məlumat verilmir. Silahın da nə olduğu açıqlanmır.

Xatırladaq ki, Makron 8 iyunda Drom departamentinə səfəri zamanı sillələnib. Daha sonra siyasətçi bu hadisəni şişirtməməyi məsləhət görüb, ancaq buna baxmayaraq şəxslər saxlanılıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2894