hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Mal-qara oğruları saxlanıldı - Cəlilabadda

Mal-qara oğruları saxlanıldı - Cəlilabadda

Cəlilabad rayonunda mal-qara oğruları saxlanılıb.

Unikal.org xəbər verir ki, saxlanılan şəxslər rayonun Sabirabad kəndində Valeh Babayevə məxsus 8 baş camışı oğurlayıblar.

Rayon polisinin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini İsaxan Sadiqov və Cəlilabad rayon sakinləri - Taleh Fərzəliyev və Səbuhi Abbasov saxlanılıb.

Məlumata görə, onlar oğurladıqları heyvanları Mahmudçalada yerləşən fermaya toplayıb, sonra Bakıdakı ət kombinatlarına göndərirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1024