hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Maliyyə Nazirliyi şirkət rəhbərini cərimələyib

Maliyyə Nazirliyi şirkət rəhbərini cərimələyib

Maliyyə Nazirliyi "Equipment Rental Services” MMC barədə inzibati protokol tərtib edib.

Cebhe.info Report-a istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə ilə tərtib edilən protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İşə hakim Elçin Məmmədovun sədrliyi ilə baxlacaq.

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirlər.

Qeyd edək ki, "Equipment Rental Services şirkəti 2005-ci ildən qaldırıcı avadanlıq bazarında işləyir və yükvurma-yükboşaltma texnikalarının anbar komplekslərinə, limanlara, tikinti şirkətlərinə və əməliyyat bazalarına kompleks təchizatını həyata keçirir.

Cebhe.info


Oxunma sayı: 595