hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Manatla olan depozitlər artıb

Manatla olan depozitlər artıb

Bu il noyabrın 1-nə Azərbaycanda qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri nəzərə alınmadan manatla depozitlərin ümumi həcmi 8 mlrd 578,8 mln manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricidən 23,5 mln manat və ya 0,3 % çoxdur.

Cebhe.infoAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların manatla depozitləri ötən ilin analoji dövrü ilə müqayisədə isə 947,6 mln manat və ya 12,4 % artıb.

Qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan xarici valyutada depozitlərin həcmi isə noyabrın 1-nə 8 mlrd 374,3 mln manat təşkil edib. Bu, oktyabrın 1-nə nisbətən 18,9 mln manat və ya 0,2 % çox, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 mlrd 731,3 mln manat və ya 17,1 % azdır.

Cebhe.info


Oxunma sayı: 2729

Bizim Telegram səhifəmizi izləyin