hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

"Mançester Yunayted"in sabiq futbolçusu millimizi çalışdıra bilər

"Mançester Yunayted"in sabiq futbolçusu millimizi çalışdıra bilər

"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin Azərbaycan millisini çalışdıra bilər.

Cebhe.info xəbər verir ki, bu barədə məşhur "The Sun" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, AFFA keçmiş futbolçuya Millətlər Liqasında yığmamızın baş məşqçi olmasını təklif edib. Həmçinin Kinə göndərilən təkliflərin yaxşı olduğu və sabiq futbolçu bu şərtlərin doğruluğuna inandığı halda, onu qəbul edə biləcəyi yazılıb. R.Kinin 48 saat ərzində qərarını açıqlamalı olduğu qeyd edilib.

Xatırladaq ki, 48 yaşlı çalışdırıcı "Sanderlend" və "İpsviç Taun"da baş məşqçi, İrlandiya millisi", Aston Villa" və "Nottinqem Forest"də isə baş məşqçi köməkçisi olub.

Cebhe.info


Oxunma sayı: 727