hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

MAQATE həyacan təbili çaldı - İran 56 ədəd sentrifuqa quraşdırıb

MAQATE həyacan təbili çaldı - İran 56 ədəd sentrifuqa quraşdırıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bəyanat yayaraq, İranın daha inkişaf etdirilmiş yeni sentrifuqaları işə salmasından xəbər verib.

Cebhe.info-nun məlumatına görə, MAQATE-nin xəbərdarlıq bəyanatı, qurumun müvəqqəti sədri Kornel Ferutanın Tehrana etdiyi rəsmi səfərindən və İran rəsmiləri ilə danışıqlar aparmasından sonra açıqlanıb.

Qeyd edilir ki, İranın öz nüvə təsisatlarında yeni sentrifuqalar işə salması, Qərblə Tehran arasında imzalanmış nüvə sazişinin şərtlərinin açıq-aşkar pozulması deməkdir: 

“İran uranın zənginləşdirilməsi prosesində daha inkişaf etdirilmiş yeni sentrifuqalar quraşdırmağa başlayıb. İranın hazırda quraşdırdığı sentrifuqalar bunlardır: 22 ədəd İR4, 1 ədəd İR5, 30 ədəd İR6 və 3 ədəd İR6S”, - deyə bəyanatda vurğulanır.

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 441