hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0242
  • EURO - 1.8927
  • NEFT - 37.65
  • clouds-weather

Maracana Stadionu koronavirus xəstəxanasına çevrilir

Maracana Stadionu koronavirus xəstəxanasına çevrilir

Braziliyanın Rio-de-Janeyro şəhərindəki Maracana Stadionunun yeni növ koronavirus (COVID-19) ilə mübarizədə xəstəxanaya çevriləcəyi açıqlanıb.

Cebhe.info xəbər verir ki, Maracana Stadionunda “COVID-19” xəstəsləri üçün müvəqqəti 400 çarpayılıq bir xəstəxananın qurulacağını bildirilib.

Açıqlamada, sahənin döşəməsinin qorunacağı, ətrafdakı atletika yolu, daxili otaqlar və avtomobil parkı xəstəxana, logistika mərkəzi və anbar olaraq istifadə ediləcəyi qeyd olunub.

Həmçinin də, Braziliya Milli Komandasının oyun oynadığı 80 min nəfərlik tutumlu Maracana Stadionu ilə Rio-de-Janeyroda müvəqqəti xəstəxanalar sayının 8 olacağı ifadə edilib.

Cənubi Amerika ölkəsində, əhalisi 210 milyona yaxın olan Braziliyada bu günə qədər 51212 nəfərdə aşkarlanan “COVID-19” səbəbiylə 202 nəfər həyatını itirib.

Cebhe.info


Oxunma sayı: 760