hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Mariya Stadnik ardıcıl 3 asan qələbə ilə finalda

Mariya Stadnik ardıcıl 3 asan qələbə ilə finalda

Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

Üçüncü yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Mariya Stadnik startda Rumıniya güləşçisini tam üstünlüklə məğlub edib. 1/4 finalda ABŞ təmsilçisi qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Stadnik ənənəsinə sadiq qalaraq rusiyalı rəqibini də ilk hissədə xalçadan məyus yola salaraq adını finala yazdırıb.

Final qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

50 kq
Təsnifat: Mariya Stadnik - Emiliya Alina Vuk (Rumıniya) 12:2
1/4 final: Mariya Stadnik - Erin Qolston (ABŞ) 10:0
1/2 final: Mariya Stadnik - Mariya Tiumerekova (Rusiya) 11:1
Final: Mariya Stadnik - Oksana Livaç (Ukrayna)

Cebhe.info


Oxunma sayı: 804