hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Mariya Zaxarova Paşinyanı məyus etdi: “Bu, sonrakı məsələdir”

Mariya Zaxarova Paşinyanı məyus etdi: “Bu, sonrakı məsələdir”

Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya rəhbərliyinə müraciətini şərh edib.

Cebhe.info-nun məlumatına görə, M.Zaxarova “Rossiya 24” telekanalına müsahibəsində Ermənistanı məyus edən fikir söyləyib.

Qeyd edək ki, Nikol Paşinyan Vladimir Putinə məktub göndərərək iki ölkə arasında imzalanmış 1997-ci il 29 avqust tarixli sazişə uyğun olaraq Dağlıq Qarabağdakı müharibə ilə əlaqədar Rusiyanın Ermənistana kömək etməsini xahiş edib.

Zaxarovanın sözlərinə görə, Rusiya tərəfinin prinsipial mövqeyi ondan ibarətdir ki, Ermənistanın öz ərazisində hərbi təhlükə baş verərsə, Moskva Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirəcək.

Yardımın konkret formatı ilə bağlı suala cavabında isə XİN sözçüsü “Bu, sonra müzakirə ediləcək məsələdir”, - deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1508

Bizim Telegram səhifəmizi izləyin