hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Marketi partlatmaq istəyən ruhi xəstə xəstəxanaya yerləşdirilib

Marketi partlatmaq istəyən ruhi xəstə xəstəxanaya yerləşdirilib

Polisə zəng edərək marketi partladacağı barədə məlumat vermiş ruhi xəstə Q.Qəribov xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 12-də özünü Q.Qəribov kimi təqdim etmiş şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat verib.

Araşdırmalarla məlumat təsdiqini tapmayıb, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilib.

O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir.

Cebhe.info


Oxunma sayı: 298