hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

"Marlboro" qaçaqmalçılığının qarşısı alınıb

"Marlboro" qaçaqmalçılığının qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Cebhe.info-nun xəbrinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Belə ki, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi " Volvo" markalı və Türkiyə Respublikası vətəndaşının idarə etdiyi " İVECO" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən ümumilikdə 3600 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Xatirə
Cebhe.info


Oxunma sayı: 749