hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Marsda çox sayda vulkan püskürüb

Marsda çox sayda vulkan püskürüb

Marsdakı Elisium ovalığında aşkarlanan izlər son 50 min il ərzində çox sayda vulkan püskürmələrinin baş verdiyini göstərir.

Bu barədə Planetologiya İnstitutunun elmi işçisi David Horvat “İcarus” elmi dərgisindəki məqaləsində bildirilib.

D.Horvatın başçılıq etdiyi tədqiqat qrupu Mars ətrafında hərəkətdə olan süni peyklərdən əldə edilən məlumatlar əsasında sözügedən bölgədə gənc vulkanizmə dair əlamətlər aşkar edib.

Qeyd edək ki, güclü vulkanik fəaliyyətlərin 3-4 milyard il bundan əvvəl baş verdiyi Marsda son 3 milyon il ərzində vulkanik fəaliyyətlərə dair hər hansı əlamətin olmadığı deyilirdi/Report.

Cebhe.info


Oxunma sayı: 1244