hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Masallı fermerləri üçün qazanc qapısı: Gəlirli çəltikçilik

Masallı fermerləri üçün qazanc qapısı: Gəlirli çəltikçilik

Masallı rayonunda ənənəvi sahə olan çəltikçiliyin yenidən dirçəldilməsinə başlanılıb.

Bu da zəhmət adamlarının firavan dolanışığına səbəb olub. Rayonun bərəkətli torpaqları, iqlim şəraiti bol çəltik yetişdirmək üçün çox əlverişlidir.

Odur ki, kənd təsərrüfatının bu vacib sahəsinə böyük maraq göstərilir. Cari ilin məhsulu üçün Masallıda 253,9 hektar sahədə çəltik əkilib. Əkin zamanı “Apolla”, “Okean”, “Haşimi” düyü növünə üstünlük verilib. İlk gündə aqrotexniki tədbirlərə ciddi əməl olunduğu üçün məhsul bol gəlmişdi.

Artıq çəltik sahələrdən 868 ton ekoloji cəhətdən təmiz məhsul yığılıb. Hər hektardan götürülən orta məhsuldarlıq isə 34,19 sentner yüksəkdir. Rayonun Boradigah və Ərkivan qəsəbəsində, Xıl, Sərçuvar, Şıxlar, Tüklə, Qızılağac və Yeddioymaq kəndlərinin ərazilərində fermer və payıbəlli torpaq sahibləri çəltikçilik sahəsində daha yüksək məhsul əldə ediblər.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cebhe.info


Oxunma sayı: 1211

Bizim Telegram səhifəmizi izləyin