hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Masazırda film kimi olay: Qara "BMW" 5 maşını vurdu, sürücünü vəhşicəsinə döydü - VİDEO

Masazırda film kimi olay: Qara "BMW" 5 maşını vurdu, sürücünü vəhşicəsinə döydü - VİDEO

Bu gün Bakı-Sumqayıt yolunun Masazır dairəsində film kimi cinayət hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə zamanı 1 nəfər ciddi xəsarət alıb, 5-dən çox avtomobil zərər çəkib.

Hadisə 90 NL 620 dövlət qeydiyyat nişanlı 'BMW 750' markalı avtomobilin 99 SV 076 dövlət qeydiyyat nişanlı 'Hyundai Elantra' markalı avtomobili təqibindən sonra başlayıb. Yüksək sürətlə hərəkət edən 'BMW' markalı avtomobilin sürücüsü 'Elantra'nı Masazır dairəsində tıxaca salır və surətlə arxasından vurur. Vurduqdan sonra əsəbi soyumayan sürücü surəti artıraraq 'Elantra'nı yoldan çıxarmağa çalışır. 5-dən çox avtomobil də bu zaman ciddi zərər görür.
Məlumata görə olayların ən dəhşətli hissəsi isə bundan sonra başlayır. 'BMW'dən düşən 3-4 nəfər idmançı təəssüratı bağışlayan gənc əvvəlcə 'Elantra' sürücüsünü maşından çıxarır, sonra elə Masazır dairəsində döyürlər. Döyülən şəxsə qarşı başqa avromobildən düşən şəxslər də hücum edir. Ətrafdakı insanların müdaxiləsi nəticəsində 'Elantra' sürücüsü ölümdən yaxa qurtarır. Məsələnin ən maraqlı tərəfi isə budur ki,"'vorzakon"lar öz 'işlərini'gördükdən sonra öz avtomobilləri ilə yanaşı döyülən şəxsin də avtomobilini sürərək hadisə yerindən uzaqlaşırlar.
Döyülən şəxsin verdiyi məlumata görə hadisə onun dostu ilə bu şəxslər arasında baş verən mübahisəyə görə olub.
Daha sonra hadisə yerinə DYP əməkdaşları gələrək döyülən şəxsi ərazidən uzaqlaşdırıblar.

Cebhe.info


Oxunma sayı: 1112